Prezidentin qardaşı zaminə buraxıldı

  • By admin
  • 18 İyul 2017 10:26

ruhaniqardasi2

Maliyyə cinayətləri ittihamı ilə həbs olunan İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun zaminə buraxılıb.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, onun zaminə buraxılması üçün əvvəlcə 500 milyard rial (13,3 milyon dollar) tələb olunub.

Lakin son nəticədə məhkəmə girovun məbləğini 8,3 milyon dollara qədər azaltmağa razılaşıb.

Qeyd edək ki, İran prezidentinin qardaşı iyulun 16-da həbs olunmuşdu.

Xatırladaq ki, H.Firidun 2015-ci ildə ölkənin nüvə proqramı üzrə danışıqlarda İran prezidentinin xüsusi elçisi olub.

Gununsesi.info