Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da festivala qatılıb. O, uşaqlarla ünsiyyətdə olub, fotoşəkillər çəkdirib.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.
Festival iyunun 2-də də saat 16-dan 19-dək davam edəcək. Əraziyə giriş və əyləncə qurğularından istifadə pulsuzdur.