1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Bakıda uşaqlar üçün hazırlanan pulsuz əyləncə proqramlarında qorxulu anlar yaşanıb.
Heydər Əliyev Mərkəzinin qarşısında quraşdırılmış şişirdilmə böyük rezin sürüşkəni atraksionunu külək aşırıb.
Bir neçə dəfə çevrilən sürüşkən ərtrafda əylənən uşaqların üzərinə aşıb.
Hadisə yerinə çoxlu sayda polis gəlib və əyləncə proqramı yarımçıq dayandırılıb.
mənbə: azxeber