Prezidentin xüsusi nümayəndəsi Qarabağda görülən işlərdən DANIŞDI

Azərbaycanda son illər turizmin inkişafı üçün önəmli işlər görülsə də, Qarabağ bundan uzaq qalmışdı.

Gununsesi.info  xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, hazırda müzakirə olunan əsas mövzulardan biri işğaldan azad olunmuş bölgələrdə turizmin inkişafıdır:

“Qarabağ öz zəngin təbiəti ilə tanınır. Qarabağın turizm potensialı üçün əraziləri ilk olaraq minalardan təmizləyirik. Ermənistan bəzi xəritələri təqdim etsə də, bu 25 faiz olaraq qalır. Tam miqyasda minalardan təmizlənmə davam edir. Hazırda 9 magistral və 2 dəmir yolu tikilir. Sosial infrastruktur mərhələsində 4 məktəb, 2 xəstəxana tikiləcək”.

Gununsesi.info