Prezidentlər Suriya problemi ilə Andrey Karlovun sui-qəsdini müzakirə ediblər

  • By admin
  • 24 Dekabr 2016 08:41

erdogan_putin_6345

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info Anadolu agentliyinə istinadla xəbər verir ki, prezidentlər Suriya problemi və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində dünyasını dəyişməsini müzakirə ediblər.

Hələbdəki təxliyə əməliyyatlarının birgə səylər nəticəsində həyata keçirilməsindən məmnunluq duyduqlarını dilə gətirən Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin atəşkəsin bütün Suriya ərazisini əhatə etməsi məsələsində birlikdə çalışmağın vacibliyini vurğulayıblar.

Prezidentlər A.Karlovun sui-qəsdinin işıqlandırılması üzrə istintaqda birgə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildiriblər.

Gununsesi.info