Prezidentlər təkbətək görüşdülər - FOTO

  • By admin
  • 25 Aprel 2018 14:14

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilir.

Gununsesi.info məlumatına görə, görüşdən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək. İclasın sonunda iki ölkə arasında bır sıra sənədlərin imzalanması planlaşdırılır. Daha sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, bu səfər Azərbaycan prezidentinin yenidən bu vəzifəyə seçilməsindən sonra ilk xarici rəsmi səfəridir.