“Prezidentliyə namizədliyimi verəcəyəm” – Pike

  • By admin
  • 28 Noyabr 2020 17:18

İspaniya “Barselona”sının müdafiəçisi Jerar Pike klubun prezidenti olmaq arzusunu növbəti dəfə dilə gətirib.

Gununsesi.org  apasport.az-a istinadla bildirir ki, 33 yaşlı vitse-kapitan gələn ilin yanvarındakı seçkilərdə namizədliyini verməyəcək.

Ancaq ispaniyalı gələcəkdə buna çalışacağını gizlətməyib: “Növbəti seçkilərdə iştirak edə bilməyəcəyəm, çünki hələ futbolçuyam. Gələcəkdə – kim bilir? “Barselona”nın böyük azarkeşiyəm və kluba kömək etmək istəyirəm. Əgər hazır olsam və yeni bir şey edə bilsəm, gələcəkdə prezidentliyə namizədliyimi verəcəyəm. Həmişə “Barselona” prezidenti olmaq arzusunda olmuşam. Ancaq bunun baş verib-verməyəcəyini bilmirəm”.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Jerar Pike 2008-ci ildən əsas komandada çıxış edir.