
Prezidentin böyük qızının Hollandiyadakı pentahaus yaşayış malikanəsi satışa çıxarılıb.
Gununsesi.info “Newsweek”-ə istinadən xəbr verir ki, Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Putinin Hollandiyada yaşadığı yaşadığı mənzillər satışıa çıxarılıb. Mariya Putin burada həyat yoldaşı ilə yaşayıb.
Penthaus Niderlandda “Krım dairəsi” deyilən çox gözəl bir mənzərəli, kanalların əhatə etdiyi ərazidə yerləşir. Holland dilində həmən əraziyə “Krimwijk” deyilir.Bu yer Haaqa ilə Amsterdam arasındadır. Penthaus 6 yataq otağı və terraslardan ibarətdir.
Qeyd edək ki, Mariya Putin burada 2014-cü ilədək yaşayıb və MH17 təyyarəsinin Ukryanda vurulmasından sonra, Rusiya ilə Niderland arasında münasibətlərinin korlanmasından sonra ölkəni tərk edib.

Gununsesi.info












