“Problemlərin köklü həll edilməsi üçün prokurorluqla bağlı konstitusiyon islahat aparılmalıdır” - VƏKİL

  • By admin
  • 14 İyun 2020 19:03
Gununsesi.org vəkil Cavad Cavadovun Prokurorluqdakı struktur dəyişiklikləri ilə bağlı yazısını sizə təqdim edir:
“Yeni təyin olunan Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda bir sıra struktur və kadr islahatları aparıb.
Kadr islahatlarını şərh etməyə lüzum görmürəm (halbuki burda da maraqlı məqamlar vardır), lakin struktur islaharı diqqət çəkir.
Bir müddət öncə qeyd etmişdim ki, Baş Prokurorun  istintaqa nəzarət üzrə birinci müavini olmuş Rüstəm Usubovun kurasiyasında olan qurumların (Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsi, DTX, DSX, Fövqaladə Hallar Nazirliyi, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin istintaq idarələri. Daxili İşlər Nazrliyinin üç istintaq idarələri)  sayının çoxluğundan, bununla da iş həcminin həddindən artıq böyük olmasından ona təqdim olunan vəsatət və digər sənədlərəin fiziki olaraq nəinki oxumaq, hətta nəzərdən keçirməyə imkanı yox idi. Həmin sənədlərin formal imzalanması həyata keçirirdi.
Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair İstintaq İdarəsini, eyni zamanda Bakı şəhər Prokurorluğunun istintaq idarəsini ləğv etdi. Hər iki ləğv edlmiş idarələr bir İtintaq idarəsində birləşdirildi və ona rəhbərliyi yeni təsis olunan baş Prokurorun müavni – eyni zamanda bu idarənin rəisi rəhbərlik edəcək.
Bu addımın effektiv olacağı şübhə doğurmur və həmçinin prokurorluğun nüfuzunun artırılmasına yönəlmiş addımdır.
Azərbaycanın Avropa Şurası dövlətlərinin içərisində İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasının 18-ci maddəsi üzrə (ümumiləşdirilmiş formada götürsək-həbslərin və təqiblərin siyasi xarakterli olması) lider dövlətə çevrilməsində əsas rolu bu işlərin (siyasi, ictimai fəallar, jurnalistlər, QHT nümayəndələri, hüquq müdafiəçiləri və s. barədə) istintaqını aparıb Ağır Cinayətlərə dair istintaq idarəsi  olub.
Hazırda bu  işlərin ikisinə  Avropa Məhkəməsinin qərarına əsasən Ali Məhkəmənin Plenumu tərəfindən tam bəraət verilib və yeni anoloji bəraətlər gözlənilir.
Bu baxımdan adı  insan hüquqlarının pozulmasına yönələn qurum kimi həkk olunmuş bu idarənin ləğv olunması prokurorluğun nüfuzunun artmasına səbəb  ola bilər, bir şərtlə ki, yeni siyasi sifarişli həbslər olmasın və ümümən qanunun aliliyi təmin olunsun.
Baş Prokurorluğun bir sıra SSRİ vaxtlarından qalan idarələrinin ləğv olunması da düzgün olub.
Eyni zamanda Bakı şəhər Prokurorluğunun istintaq səlahiyyətinin əlindən alınması tabe Bakı şəhərinin  rayonlarında aparılan istintaq və təhqiat icraatlarına nəzarət funskiyasının effektivliyini və keyfiyyətini artıracaqdır.
Bununla belə  dəfələrlə qeyd etdiyimiz kimi  problemlərin köklü həll edilməsi üçün prokurorluqla bağlı konstitusiyon islahat aparılmalıdır.
Hazırda Konstitusiyaya əsasən prokurorluq məhkəmə hakimiyyəti bölümünə daxil olmasına baxmayaraq isintaq aparır, istintaqa nazarət edir, dövlət ittihamını müdafiə edir, məhkəmə qərarlarından protest verir.
Sonradan prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, “Prokurorluq haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən,  həmçinin əməliyyat-axtarış funksiyası da verilib.
Konstitusiyon islahatla prokurorluğun yalnız  istintaqa nəzarət və dövlət ittihamını müdafiə etmək funksiyası saxlanılmalıdır, istintaq funksiyası götürülməlidir. Digər dövlət orqanlarında çərçvəli, paralel istintaq idarələri də ləğv edilməlidir.
Oxşar struktur islahatların  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində də aparılması (Misal üçün Baş Mütəşəkkil Cinayyətkarlıqla Mübarizə İdarəsinin ləğv olunması)  dövlət təsisatı olaraq bu qurumun nüfuzunun artmasına səbəb ola bilər”.
Gununsesi.org