
Özbəkistan prokurorluğu sabiq prezident İslam kərimovun qızı Gülnarə Kərimovanın qızının ölkə vurduğu ziyan, xarici ölkələrdəki bank hesabları və mülkləri barədə məlumat yayıb.
Gununsesi.info “fergananews”-a istinadən xəbər verir ki, Gülnarə Kərimova təkcə iki cinayət maddəsinə əsasən Özbəkistan dövlətinin və vətndaşının maraqlarına 1 trilyon 270 milyard 200 milyon sum (Özbəkistanın milli valyutası-red), 1 milyard 651,8 milyon ABŞ dolları, 26,1 milyon Avro, digər maddəyə əsasən isə ümumilikdə 3 trilyon 746,8 milyon sum (357,231 milyon dollar) həcmində ziyan vurub.
Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, bu hələ hamısı deyil. G. Kərimovanın rəhbərlik etdiyi cinayətkar qrupun 12 xarici ölkədəki hələ ictimaiyyətə leqal formada ümumlikdə 1 milyard 394,1 milyon dollar, 63,5 milyon Avro, 27,1 milyon funtu və 18,5 milyon frnakı olduğu aşkar edilib.
Prokurorluq eyni zamanda G. Kərimovanın 2001-2013-cü ildə mütəşəkkil cinayətar dəsət ilə birgə həyata keçirdiyi cinayətlər haqqında da geniş məlumat verib. Məlumatda bildirilib ki, G. Kərimovanın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə şantaj yolu ilə iş adamları, obyekt sahiblərindən 54,1 milyard sum, “Daşkənd təkrar metaləritmə, külçə və əlvan metal”-dan və “Anqren-sement”-dən 4,1 milyard sum, 4 milyon dollar, 2 mənzil, 4 ev, 8 avtomobil, «KOLORPAK» və «NASHRIYOT UYI TASVIR» şirkətinin sahibindən isə 1,9 milyard sum alıblar.
-Dövlət əmlakının mənimsəmə və oğurluq yolu iləsə 344,6 milyard sum mənimsənilib.
-vergidən yayınma nəticəsində 2 trilyon 91,4 milyard sum vergidən gizlədilib.
Hələ 2015-ci il 21 avqustda Daşkənd vilayət məhkəməsinin qəararı ilə Gülnarə Kərimova özünü müəyyən mənada təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhdudlaşdırmaq barədə qərar çıxarıb.
Prokuroluğun verdiyi məlumtda deyilir ki, G. Kərimova barəsində digər cinayətləri istiqamətində istintaq işi hələ də davam edir.
İstintaq G. Kərimovanın 12 ölkədəki hesabları və mülkləri barədə məlumat yayıb. Məlumatda deyilir ki, G. Kərimovanın İsveçrədə 777,8 milyon dollar bank hesabı, Koloni şəhərində isə 18,5 milyon frank dəyərində villası;
-İsveçdə 30 milyon dollar bank hesabı;
-Böyük Britaniyada 4,2 milyon funtu, ümumlikdə isə 22,9 milyon funt dəyərində Londonda evi, mənzili və villası var;
– Fransada Parisdə “Şato de Qrussi”də, həmçinin Santrope şəhərində ümumi dəyəri 52,5 milyon Avroa dəyərində mənzilə, villa və qəsrə sahibdir;
-Latviyada 16,5 milyon dollar dəyərində qiymətli kağıza, 9 milyon Avro həcmində Riqada əyləncə mərkəzinə;
-İrlandiya 300 milyon dollar həcmində maliyyə vəsaiti və qiymətli kağıza sahibdir;
– Maltada 48,8 milyon dollar həcmində təyyarəyə;
-Almaniyada 2 milyon Avroya;
-İspaniyada 82 min dollar bank hesabına;
-Rusiyada 6 milyon dollar bank hesabına. Bundan əlavə olaraq Moskvada “Kamelot” yaşayış kompleksində penthausu, “Publyovka” zənginlər yaşayış massivində mülkü və 8 mənzili, Yaltada 2 milyon dəyərində otel kompleksinə;
-Honqkonqda 67 milyon dollar bank hesabı, “The Arch”göydələnində 15 milyon dollar həcmində pentausuna sahibdir;
–Birləşmiş Ərəb Əmirliyində 32 milyon dollar bank hesabı, 31,5 milyon dollar həcmində qızıl və qızıl sertifikatı, Dubayda ümumi dəyəri 67,4 milyon dollar həcmində 2 villa və 2 otel kompleksinə malikdir.
Prokurorluğun verdiyi məlumata görə, beynəlxalq əməkdaşlıq nəticəsində G. Kərimovanın bu bank hesabları, aktivləri və mülkləri üzərinə həbs qoyulub. Hazırda isə cinayətkar qrupun digər əməllərinin açılması və müəyyən edilməsi , onların Özbəkistana qaytarılması istiqamətində işlər gedir.
Hazırladı: Mürtəza
Gununsesi.info












