Prokurorluq vəkilin döyülməsi ilə bağlı cinayət işi açmaqdan imtina etdi

  • By admin
  • 20 Sentyabr 2021 14:57

Şirvan Şəhər Prokurorluğu adıçəkilən rayonda polis əməkdaşı tərəfindən döyülmüş vəkil Coşqun İsgəndərovun şikayəti üzrə cinayət işi başlanmasını rədd edib.

Bu barədə Gununsesi.info-ya vəkilin yaxınları bildirib.

Məlumata görə, ötən ay baş verən qalmaqala görə, Coşqun İsgəndərov rayon prokurorluğuna etdiyi şikayət araşdırılıb və cinayət tərkibi aşkarlanmayıb.

Qeyd edək ki, olay Şirvan Apellyasiya Məhkəməsində baş vermişdi.

Günay

Gununsesi.info