Proqnozu düz çıxmadı, canlı yayımda kitabını yedi – Video

  • By admin
  • 11 İyun 2017 21:46

qudin

 

İngilis professor Metyu Qudin canlı yayımda kitabını yeyib.

Gununsesi.info xəbər verir ki, professor İngiltərədə keçirilən seçkilər zamanı Leyboristlər Partiyasının 38 faizdən çox səs toplayacağı təqdirdə kitabını yeyəcəyi sözünü vermişdi.

Seçkilərin nəticələrinə əsasən, Leyboristlər 40 faiz səs toplamışdı.

“Skay Nyus” kanalına canlı qoşulan Qudin, “Seçkinin nəticələri gözlədiyimdən 2 faiz çox çıxdı, amma mən sözümün ağasıyam”, – deyib və kitabını yeməyə başlayıb.

Professorun kitabı yeməsi anı sosial şəbəkələrdə ən çox paylaşılan video olub.

Gununsesi.info