Maravi şəhərində İŞİD-ə qarşı aparılan hərbi əməliyyat üçün ABŞ-dan yardım istəmədik.
Axar.az xəbər verir ki, bunu Filippin Prezidenti Rodriqo Duterte deyib.
“Yardım üçün heç bir ABŞ rəsmisinə müraciət etmədim. Yardım təklifi etsələr belə, onlara təşəkkür edirəm”, – Duterte bildirib.
Prezident ABŞ-ın yardımı olmadan da Filippin Silahlı Qüvvələrinin böhranın öhdəsindən gələcəyinə inandığını qeyd edib.
Onun sözlərinə görə, Əbubəkr Bağdadi Filippinə hücum əmri verib.
Qeyd edək ki, Filinppin rəsmiləri İŞİD-ə qarşı aparılan əməliyyata ABŞ xüsusi təyinatlılarının yardım etdiyini bildirmişdilər.
Gununsesi.info












