PKK terror təşkilatı Hakkari vilayətində 2 ayrı yerdə əsgər və təhlükəsizlik qoruyucularına hücum edib.
“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, terrorçular öncə Şine körpüsü yaxınlığında ərazində mina axtaran əsgərləri İraq ərazisindən roket atəşinə tutublar.
Sonra isə Çukurca qəsəbəsində hərbi mövqelər hücuma məruz qalıb.
Terror hücumları zamanı 3 təhlükəsizlik qoruyucusu və 6 əsgər yaralanıb. Yaralılar Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib.
Hazırda bölgədə terrorçulara qarşı hava əməliyyatı başlayıb.
Gununsesi.info












