“PSG-nin qapısına 6 qol vurursansa, hakimin köməyindən danışmağa dəyməz” - MARK-ANDRE TER ŞTEQEN

  • By admin
  • 05 Aprel 2017 08:42

Mark-Andre ter Steqen

“Barselona”nın qolkiperi Mark-Andre ter Şteqen Çempionlar Liqasının 1/8 final mərhələsində PSG-yə qarşı tarixi oyunu yada salıb.

Gununsesi.info goal.az-a istinadən xəbər verir ki, alman qolkiper komandasına hakim Deniz Aytekinin kömək etməsi fikri ilə razılaşmayıb.

“PSG-nin qapısına 6 qol vurursansa, hakimin köməyindən danışmağa dəyməz. Həmin qarşılaşmada bizim əleyhimizə verilən qərarlar da vardı. Amma futbol, hətta yalan danışmağa da imkan verir. PSG-nin qapısına 3-cü dəqiqədə yol tapmışdıq. Bu cür oyunlar hakimlə yox, ürəklə qazanılır”.

Gununsesi.info