PSJ-dən “Barselona”ya cavab: Di Mariya satılmır

  • By admin
  • 23 Avqust 2017 23:45

PARIS, FRANCE - MAY 20:  Angel Di Maria of Paris Saint-Germain reacts during the Ligue 1 match between Paris Saint-Germain and SM Caen at Parc des Princes on May 20, 2017 in Paris, France.  (Photo by Aurelien Meunier/Getty Images )

PSJ-nin futbolçusu Anxel di Mariyanı heyətinə qatmaq istəyən “Barselona”nın arzusu reallaşmayacaq.

Gununsesi.info Apasport.az-a istinadən xəbər verir ki, Paris klubu təklifi qəbul etməyib.

PSJ rəhbərliyi di Mariyanı “Barselona”ya buraxmayacağını bildirib. Bu isə kataloniyalıların narazılığına səbəb olub. Neymarın PSJ-yə keçidindən sonra qarşı tərəfin di Mariyaya görə “yox” cavabı verməsi “Barsa” rəhbərliyini özündən çıxarıb.

Qeyd edək ki, tərəflər arasındakı gərginlik PSJ Marko Verrattini “Barselona”ya satmayandan sonra yaranmışdı.

Gununsesi.info