Pulun miqdarı yaşadıqları mənzillərin sahəsindən asılı olacaq - NAZİRLİK

  • By admin
  • 15 Mart 2017 13:42
mikrorayon
Birinci mikrorayonda söküləcək  5 mərtəbəli binaların yerində 20 mərtəbəli binalar tikiləcək.
 
Gununsesi.info xəbər verir ki, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
Onun sözlərinə görə, tikinti işləri mərhələli qayada aparılacaq. “Belə ki,ilk növbədə 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub. Ümumiyyətlə söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq”- deyə, o, bildirib.
 
E.Əsədov bildirib ki, tikintiyə əsasən özəl şirkətlərin vəsaitləri cəlb olunacaq.
Mənzilləri söküləcək vətəndaşların  taleyinə gəldikdə isə  E.Əsədov   bildirib ki, evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq: “Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək”.
E. Əsədov onu da əlavə edib ki, 1-ci mikrorayonda mənzilləri sökülən vətəndaşlara yeni evləri hazır olanadək kirayədə qalmaq üçün veriləcək pulun miqdarı onların yaşadıqları mənzillərin sahəsindən asılı olacaq. “İnsanlara tam komfortlu mənzillər veriləcək və vətəndaşların köçürülməsinə dövlət özü nəzarət edəcək” – deyə E. Əsədov vurğulayıb.
Tikinti işlərinə başlanmasına gəldikdə isə E. Əsədov deyib ki, 1-ci mikrorayonda işlərə bu il başlanacaq və işlərin 3 il ərzində yekunlaşdırılması planlaşdırılır.
 
E.Əsədov onu da əlavə edib ki, yeni binaların altında 2 mərtəbəli avtomobil qarajları da inşa olunacaq.

Gununsesi.info