Zərdabda dəhşətli qətlin üstü açılıb

  • By admin
  • 15 Mart 2017 13:36

qetl

Zərdab rayon sakinini qətlə yetirərək cəsədini kanala atan Yevlax rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, martın 11-də Qax rayonunun Əlibəyli kəndindən keçən kanalda Zərdab rayon sakini, 35 yaşlı Gülnar İbrahimovanın meyiti tapılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Qax Rayon Polis Şöbəsi, Mingəçevir Şəhər Polis Şöbəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun həmin gün Mingəçevir şəhəri ərazisində G. İbrahimovanı “VAZ-2107” markalı avtomobilə oturdub Yevlax rayonunun Xaldan qəsəbəsinə, sonradan isə Qax rayonunun Əlibəyli kəndinə aparması və orada aralarında baş verən münaqişə zəminində boğaraq qətlə yetirməsi, cəsədini isə kanala atması müəyyən edilib.

Görülən tədbirlərlə M. Məmmədov Yevlax rayonu ərazisində tutulub.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info