Putin Ərdoğanla Qüdsü müzakirə edəcək

  • By admin
  • 07 Dekabr 2017 17:22

“ABŞ dövlət başçısı Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi regiondakı vəziyyəti daha da çətinləşdirib”.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Trampın qərarı Yaxın Şərqdə münaqişələrin həll prosesinə heç bir fayda verməyəcək, əksinə bölgədəki gərginliyi daha da artırıb.

Peskov bu axşam Putinin Ərdoğanla telefonla danışacağını deyib. O qeyd edib ki, tərəflər Trampın Qüdslə bağlı qərarı üzündən Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edəcəklər.

Gununsesi.info