Putin Ərdoğanla telefonla danışıb

  • By admin
  • 09 Sentyabr 2016 10:16
putin
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Gununsesi.info APA-ya istinadən məlumat verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan iki ölkə arasında olan münasibətləri, bundan sonra əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Suriya münaqişəsinin həllinə dəstəklə bağlı səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif kanallarla aktiv təmasların davam etdirilməsi razılaşdırılıb.
Gununsesi.info