Putin: “Varisimlə bağlı yekun qərar yoxdur”

  • By admin
  • 14 Oktyabr 2021 10:49

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın CNBC telekanalına müsahibə verib.

Gununsesi.info xəbər verir ki, Rusiya prezidentinə özünə varis seçib-seçməməsi ilə bağlı sual verilib.

“Varisim barədə söhbətlər stabilliyi pozur. Konstitusiya 2024-cü ildə mənə yenidən prezident seçilməyə imkan verir. Amma bununla bağlı yekun qərar yoxdur”.

Putin siyasətçi Aleksey Navalnının saxlanma şəraitinə də toxunub.

“Navalnının saxlanma şəraiti elə də yaxşı deyil. Amma o, qanunu pozub”.

Rusiya lideri ABŞ-ın dollardan təzyiq vasitəsi kimi istifadə etməsini də böyük səhv adlandırıb.

Gununsesi.info