Putin baş verən terrora görə Ukraynanı günahlandırdı

  • By ilhame
  • 25 Mart 2024 23:00

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktından sonra görülən tədbirlərlə bağlı iclas keçirib.

 

O bildlirib ki, terror aktı radikal islamçıların əli ilə törədilib.

 

“Amma biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla hamını inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, guya Moskva terrorunda Kiyev izi yoxdur. Dərhal sual yaranır: Bu hadisədən kimə fayda var? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlər üçün faydalı ola bilər”, – dövlət başçısı bəyan edib.

Gununsesi.info