Rusiyada terror aktında həlak olanların yenilənmiş siyahısı açıqlanıb

  • By ilhame
  • 25 Mart 2024 22:54

Rusiya Fövqəladə Hallar Nazirliyi rəsmi saytında “Crocus City Hall”da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib.

 

Gununsesi.info bu barədə TASS-a istinadən xəbər verir.

 

Siyahıda ilk məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən məlumatları müəyyən edilmiş 95 nəfərin adı var. Qeyd edilir ki, siyahıya adlar əlavə olunacaq.

 

Qeyd edək ki, terror aktı nəticəsində ölənlərin sayı 139-a çatıb. Bu barədə martın 25-də Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya Prezidenti Vladimir Putinin terror aktı ilə bağlı iclasında bildirib.

Gununsesi.info