Putin etiraf etdi: - “KÜRDLƏRLƏ İŞİ DAVAM ETDİRƏCƏYİK”

  • By admin
  • 15 May 2017 14:56

putin

“Suriyada kürdlərlə işi davam etdirəcəyik. PKK terror təşkilatının Suriya qanadı olan YPG ilə təmas halındayıq. Amma bu, Türkiyəni narahat etməməlidir. Ancaq Rusiya suriyalı kürdləri silahla təmin etməyi uyğun görmür”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Pekində keçirilən “Bir qütb, bir yol” Forumunda çıxışı zamanı belə deyib.

Putin bildirib ki, Ankaranın bu məsələdə narahatlığına əsas yoxdur. Burada əsas məsələ Suriyadakı atəşkəsin gücləndirilməsidir.

Anar

Gununsesi.info