Putin Finlandiyanı hədələyir -NATO-YA GIRƏRLƏRSƏ...

  • By admin
  • 02 İyul 2016 12:33

 

ITAR-TASS: ASTANA, KAZAKHSTAN. MAY 29, 2014. President Vladimir Putin of Russia seen after signing joint documents following a session of the Supreme Eurasian Economic Council at the level of heads of states, at the Palace of Independence. (Photo ITAR-TASS/ Mikhail Metzel) Казахстан. Астана. 29 мая. Президент России Владимир Путин после церемонии подписания совместных документов по итогам заседания Высшего Евразийского экономического совета (ВЕЭС) на уровне глав государств во Дворце независимости. Фото ИТАР-ТАСС/ Михаил Метцель

Rusiya prezidenti Vladimir Putin Finlandiyanı hədələyib. Gununsesi.info rus KİV-lərinə istinadən bildirir ki, Putin “Finlandiya NATO ya daxil olarsa, rus ordusu 1,5 min km sərhəddən kənarda qalmayacaq” deyə bildirib: “Təsəvür edin ki, Finlandiya NATO ya daxil oldu.Bu o deməkdir ki ,artiq fin ordusu sərbəst, sözün əsl mənasında suveren olmayacaq.Finlandiya ordusu NATO infrastrukturunun bir hərbi hissəsi olaraq 1 saat içində Russiyanin sərhədləri önündə dayanacaq”.
Təhlilçilər deyirlər ki, Putinin Krımın ilhaqından bəri Finlandiyaya ilk səfəri Moskvanın Baltik regionunda getdikcə artan qüvvə nümayişinə görə hərbi baxımdan neytral olan Finlandiya və İsveçin NATO ilə yaxınlaşdığı dövrə təsadüf edir.
Bu da vurğulanır ki, Putin sərt xəbərdarlıqlarını səsləndirmək üçün NATO-nun Varşava sammitindən bir həftə əvvəl regiona səfər edib.
“NATO yəqin ki, məmnuniyyətlə son fin əsgərinə qədər Rusiya ilə vuruşmaqdan məmnun olardı, – deyə istehza edib Putin, – Uşaqlar, bu sizə lazımdır? Bizə lazım deyil, amma bu sizin mövqeyinizdir”.
Reuters agentliyi bildiri ki, son aylarda Baltik regionunda NATO və Rusiya hərbi təyyarə və gəmiləri arasında çox sayda təhlükəli insidentlər yaşanıb.
Bununla əlaqədar, Baltik dövlərləri NATO-dan regionun müdafiəsini gücləndirməyi xahiş ediblər.
Finlandiyada keçirilən görüşdə Putin və Niinisto regionda qarşılıqlı təhlükəsizliyin yaxşılaşdırılmasına çağırıblar.
Niinisto təklif edib ki, Baltika regionu üzərində uçan heç bir hərbi təyyarə siqnal transponderini söndürməməlidir.
Putin bu təklifə razılıq verib, lakin əlavə edib ki, Rusiya təyyarələri bir vaxtlar transponderlərini söndürərdilər, lakin NATO təyyarələri bunu daha tez-tez edirlər.
Vladimir Putin deyib ki, regionda münaqişələrin önlənməsi məsələləri NATO-nun sammitindən sonra Rusiya-NATO şurasının iclasında müzakirə olunacaq.