Mehriban Zeynalova: “İnsan alveri ilə bağlı mübarizədə boşluqlar var”

  • By admin
  • 02 İyul 2016 12:26

Mehriban_Zeynalova

 QHT rəhbəri ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı hesabatını “Gununsesi.info”ya şərh edir

 

ABŞ dövlət katibi John Kerry 2016-ci il üçün İnsan Alverinə dair Hesabatı (2016 Trafficking in Persons (TIP) Report) təqdim edib. Hesabatda insan alveriylə bağlı Azərbaycam bölməsində ürək açan nəticələr olmasa da,  qeyri-müəyyənliklər də az deyil. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Gununsesi.info-ya müsahibəsində hesabata münasibətini açıqlayıb.a belə məqamlara aydınlıq gətirib…

–  Mehriban xanım, ABŞ dövlət katibi John Kerry 2016-ci il üçün İnsan Alverinə dair Hesabatı (2016 Trafficking in Persons (TIP) Report) təqdim edib.  Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti trefikinqin ləğvi üçün minimum tələbləri yerinə yetirmir. İnsan alverinə qarşı mübarizəyə görə, Gürcüstan və Ermənistandan geri qalırıq. Bu tələblərin yerinə yetirilməsinə nə mane olur?

 

– Əslində, ABŞ Dövlət Departamentinin hesabatında  təzadlı məqam odur ki, həm hökumətin səylərini vurğulayır, həm də minimal standartlara cavab vermədiyini deyir. Düzünə qalsa,  bu hesabatda elə də ciddi nöqsanlar qeyd edilmir. Məsələn, keçən hesabatda insan alvericlərinin agır cəzalanması tövsiyyə olunurdu. Bu dəfə isə, qeyd olunur ki, artıq buna nail olunub. Səbəblərdən  biri korrupsiya kimi göstərilsə də, maraqlısı odur ki, Ermənistanda da  korrupsiya problemi  var və onunla mubarizə elə də radikal dəyişilikliklə müşahidə edilmir. O halda bir səbəb qalır; siyasi…

 

  • Hesabatda deyilir ki, Azərbaycan Mərkəzi Asiya ilə BƏƏ və Türkiyə arasında trefikinq tranziti rolunu oynamaqda davam edir. Həqiqətənmi, Azərbaycan bu sahədə tranzit ölkədir və bununla mübarizə üsulları hansılardır?

 

  • Tranzit ölkə iddiası artıq neçə ildir davam edir. Lakin mən dəfələrlə belə bir ciddi araşdırmanın olmasını axtarsam da tapmamışam . Bu araşdırma isə daşınan qurbanlardan ola bilərdi. Təəssüf ki, bəzən faktlar üçün real araşdıraya ehtyac olduğu halda onu tapmaq mümkün olmur. Düşünərəm ki, Dövlət Departamenti bu məqamı real faktlara söykənərək,    nə vaxtsa əsaslandırar.

 

 

  • Hesabatda deyilir ki, seks və əmək trefikinqi üzrə məsuliyyətə cəlb edilmiş şəxslərin hamısına həbsxana cəzaları verilib. Sənəddə bu da qeyd olunur ki, qurbanlara dəstək mərkəzlərinə ötən il cəmi 44 min manat vəsait verilib və bu olduqca azdır. Azərbaycan hökuməti insan alveri qurbanlarına dəstək verən QHT-lərə heç bir maliyyə yardımı göstərmir? Bununla belə bu QHT-lər 40-dək insan alveri qurbanını himayə etməyə çalışıb. Başqa sözlərlə bu iş könüllülük səviyyəsində qalır. Dövlət bu sahədə fəaliyyət göstərilməsinə və maliyyə dəstəyi ayrılmasında niyə maraqlı deyil?

 

  • Azərbaycan Respublikası Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurası hər il bu sahəyə 100 minə yaxın pul ayırır. Yəni, insan alveri ilə mübarizə sahəsinə, o cümlədən insan alveri qurbanlarının saxlanılması üçün pul ayrılır. DİN-İnsan alveri qurbanları üçün müvəqqti sığınacağına da ayrıca büdcə nəzərdə tutulub. Söhbət QHT tərərfindən qurbanlara yardım göstərənn QHT-lərdən gedir ki, bu missiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür. Təəssüf ki, hələ də bu sahədə boşluqdur.

 

 

  • Hesabatda o da qeyd edilib ki, Azərbaycanda trefikinq qurbanlarına nazirlik və komitələrarası vahid dəstək proqramı yoxdur, hərçənd əsasən Mərkəzi Asiya ölkələrindən olan qurbanlara, vətənlərinə qayıda bilmələri üçün birdəfəlik pul yardımları göstərilib. Sizcə, bunun səbəbi nədir?

 

  • Hər bir qurbana dövət büdcəsindən ilkin yardım olaraq 400 AZN pul ayrılır. Eləcə də İnsan Alveri Qurbanlarına Kömək Fondu tərəfindən də minimal xərclər ödənilir. Azərbaycan qurbanlara yardımda hec bir ayrı-seçkilik tətbiq etmir.  Əgər Mərkəzi Aisya ölkələrindən olan qurbanlara hər hansı dəstək göstərilibsə, bu repatraisya qaydalarına uygun həyata keçirilib, əksinə, bu musbət bir haldır.

 

 

  • Maraqlı faktlardan biri də budur ki, insan alveri qurbanları cinayət axtarışına kömək etməyə məcbur edilir və onlar bundan imtina etdikdə, onlara Bakıdakı itkinlər üçün sığınacaqda qalmaq icazəsi verilmir. Bu nə dərəcədə həqiqətə uyğundur?

 

  • İstənilən ölkədə insan alverindən zərərçəkmiş şəxslər əgər cinayət təqibi zamanı hökumətlə əməkdaşlıq etdirsə, onlar  xidmət paketini maksimal əldə edir. Məsələn, Almaniya və digər ölkələrin qanunvericiliyinə diqqət edək. Əməkdaşlıq etməyən  qurbanlar bir neçə  imkanlardan məhrum olurlar. Buna  birdəfəlik maddi yardımdan və  dövlət siginacağından bəhrələnməkdən məhrum olma da daxildir.  Qalan bütün xidmətlər mümkün olur, o cümlədən belə qurbanlar  QHT sığınacağına istiqamətlənir və öz ölkəsinə qayıtmaq istədikdə  Beynəlxlaq Miqrasiya Təşkilatının xətti ilə təhlükəsiz qayıdşı təmin edilir. Eləcə də, səhiyyə, psixoloji xidmətlər  şəxsə pulsuz təqdim edilir.

Gülnaz Qənbərli