Putin hərbi blokundan Kəlbəcərdə baş verənlərə MÜNASİBƏT

  • By admin
  • 29 İyul 2021 16:56

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Kəlbəcər rayonu istiqamətində sərhəd gərginliyinə münasibət bildirib.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Zas KTMT-nın Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalardan narahat olduğunu dilə gətirib.

“Regionda gərginliyin daha da artması narahatlıq doğurur. Güc tətbiqinin qəbuledilməz olduğunu hesab edirik”.

KTMT Baş katibi Rusiyanın məsələdə vasitəçilik rolunu müsbət qiymətləndirib.