Putin Haftardan dəstək istədi

  • By admin
  • 21 Mart 2022 14:52

Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya Federasiyası artıq 15 mindən çox şəxsi heyətini itirib, buna görə də işğalçı ölkə Liviyadan muzdlu əsgərlər istəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

“Mövcud məlumatlara görə, Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın Moskvaya səfəri zamanı Rusiya Federasiyasının tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün liviyalı “könüllülərin” Ukraynaya göndərilməsi barədə razılıq əldə olunub” – Baş Qərargahın məlumatında deyilir.

Qeyd olunub ki, hərbi muzdluların köçürülməsi çox güman ki, özəl hərbi şirkət olan “Liqa” ( keçmiş Vaqner ) hesabına Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə həyata keçiriləcək.

Gununsesi.info