Putin İstanbulda dövlət çevrilişindən danışdı

  • By admin
  • 10 Oktyabr 2016 19:12

putin

 

Rusiya OPEC-in neftin hasilatını azaltmaqla bağlı təklifinə qoşulmağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı deyib.

Putin digər neft ixrac edən ölkələri də bu təklifə qoşulmağa dəvət edib:

“Biz OPEC-in neft ixracı ilə bağlı limitin müəyyənləşməsi barədə qərarını dəstəkləyirik və ümid edirik ki, noyabrdakı görüş zamanı bu qərarın icrasına başlanacaq”.

Putin çıxışında Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən də danışıb:

“Bilirik ki, bu yaxınlarda Türkiyədə dövlət çevrilişinə cəhd baş verdi. Biz bu prosesləri ciddi həyəcanla izlədik. Hadisəni nəzarət altına aldığı üçün Türkiyə xalqını və prezidentini təbrik etmək istəyirəm. Türkiyə artıq bərpa olunur”.

 

Gununsesi.info