Təhsillə bağlı yeni əmr

  • By admin
  • 10 Oktyabr 2016 19:07

mikayil

 

Xüsusi təhsil məsələləri barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, əmrdə respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirilməsi, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasının təşkil edilməsi tapşırılıb.

Ərazi maliyyə hesablaşma mərkəzlərinə tapşırılıb ki, Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının təsdiqi olmadan rayon psixoloji-tibbi-pedaqoji komissiyalarının rəyləri əsasında maliyyələşməni aparmasınlar.

Yerli təhsil idarəetmə orqanlarının rəhbərləri yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində Nazirliyə təqdim etməlidir.

 

Gununsesi.info