Kamran Ağayevin baş məşqçisi qovuldu

  • By admin
  • 10 Oktyabr 2016 19:04

kamran

 

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun üzvü olduğu Portuqaliyanın “Boavişta” klubu baş məşqçisi Ervin Sançesi istefaya göndərib.

Qol.az-ın klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə,  qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib.

Komandanın Premyer Liqada uğursuz çıxışı klub rəhbərliyini bu addımı atmağa vadar edib.

Boliviyalı mütəxəssis ötən ildən “Boavişta”nı çalışdırırdı.

Qeyd edək ki, “Boavişta” 7 turdan sonra 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

 

Gununsesi.info