Putin nə üçün Makronla uzun masa arxasında görüşüb? - Şok səbəb

  • By admin
  • 11 Fevral 2022 10:30

Fransa Prezidenti Emmanuel Makronla Rusiya lideri Vladimir Putinin Moskvada uzun masa ətrafında danışıqlar aparmasının səbəbi açıqlanıb.

Gununsesi.info xəbər verir ki,
“Reuters”in məlumatına görə, buna səbəb Makronun COVİD-19 testindən keçməklə bağlı Kremlin tələbini rədd etməsi olub.

Fransa Prezidentinin sağlamlıq protokolundan xəbəri olan iki mənbə agentliyinə bildirib ki, Makrona seçim imkanı verilib: ya o, Rusiyada PCR testi verməklə razılaşır və Putinə yaxınlaşmağa icazə verilir, ya da imtina etməklə sosial məsafəni saxlayır.

“Bunun uzun masa və əl sıxmamaq anlamına gəldiyini çox yaxşı bilirdik. Amma biz prezidentin DNT-sinin onların əlinə keçməsinə icazə verə bilməzdik” – deyə mənbələrdən biri təhlükəsizliklə bağlı narahatlığını ifadə edib.

Gununsesi.info