Putin nəvələri üçün Yeni il hədiyyələrini özü seçdiyini bildirib

  • By admin
  • 26 Dekabr 2021 18:59

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, alış-verişə getməsə də, nəvələri üçün Yeni il hədiyyələrini özü seçməyə çalışır.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı həyatının bu təfərrüatlarını “Rossiya-1” telekanalında, “Moskva. Kreml. Putin” proqramında açıqlayıb. Jurnalist Pavel Zarubin prezidentdən Yeni ili və bayramları ailəsi ilə keçirə biləcəyini, nəvələri üçün hədiyyələri müstəqil seçib-seçmədiyini soruşub.

“Qismən hə. Amma təəssüf ki, alış-verişə getmirəm. Lakin indi başqa yollarla nəyisə seçmək imkanı var və mən bunu özüm etməyə çalışıram və ümid edirəm ki, bu, onların xoşuna gələcək”, – Putin əlavə edib.

Gununsesi.info