Putin NATO-nun Rusiyaya qarşı planlarını açıqladı

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 12:32
Rusiya Prezidenti Vladimir Putin NATO-nun Rusiyaya qarşı təhdid planlarının olduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Putinin sözlərinə görə, NATO Asiya-Sakit Okean regionunda iştirakını tədricən genişləndirir və orada yeni silahların yerləşdirilməsi planları Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır.

Rusiya lideri əlavə edib ki, gərginlik təkcə Asiya-Sakit Okean regionunda deyil, həm də qonşu Arktika regionunda artır.

Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevisə bir müddət əvvəl Yaponiyanın qeyri-nüvə statusundan imtina etməsinin digər dövlətlərin əks tədbirlərinə səbəb olacağı barədə xəbərdarlıq edib.  Nozdrev qeyd edib ki, Yaponiyanın qeyri-nüvə statusundan imtina etməsi, nüvə silahı olmayan dövlət kimi qoşulduğu Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərinin birbaşa pozulması olardı.

Gununsesi.info