Bakıda Pakistan–Azərbaycan Universitetinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. Universitetin Azərbaycan Dillər Universitetinin nəzdində yaradılması nəzərdən keçirilir.
Gununsesi.info -nun məlumatına görə, universitetdə xarici dillər, beynəlxalq münasibətlər, aqronomluq, bitkiçilik və informasiya texnologiyaları üzrə ixtisasların tədrisi nəzərdə tutula bilər.
Layihə həyata keçirilərsə, Azərbaycan və Pakistan universitetləri arasında tələbə və müəllim mübadiləsinin aparılması, elmi araşdırmaların keçirilməsi və birgə təhsil layihələrinin hazırlanması mümkün olacaq.
Hazırda layihə ilə bağlı rəsmi qərar verilməyib. Məsələnin müzakirə olunduğu bildirilir.
Qeyd edək ki, Azərbaycanda Azərbaycan–İtaliya Universiteti, Fransa–Azərbaycan Universiteti, Türkiyə–Azərbaycan Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir.
Günay












