Zelenski: “Putin payızda yeni səfərbərlik edəcək”

  • Müəllif: Orxan
  • 12 Avqust 2026 12:45

Ukraynanın hərbi kəşfiyyatı Rusiyanın yeni səfərbərliyə hazırlaşması ilə bağlı hesabat təqdim edib. Məlumatın Rusiya daxilindən əldə olunan sənədlərlə təsdiqləndiyi və səfərbərliyin payızda keçirilməsinin planlaşdırıldığı bildirilir.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb.

“Putin rusların guya müharibəni dəstəklədiyi təsəvvürünü yaratmaq istəyir. Sözdə seçkilərdən sonra o, ilin sonunadək əlavə olaraq bir neçə yüz min rusiyalının sürətli şəkildə səfərbər edilməsini, gələn il isə daha bir neçə yüz min nəfərin orduya cəlb olunmasını planlaşdırır. Bu, onların müqavilə əsasında hərbi xidmətə cəlb etməyə çalışdıqları şəxslərdən əlavə olacaq”, – Zelenski bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, Kiyev Rusiyanın bu planlarını həyata keçirməsini mümkün qədər çətinləşdirmək üçün öz aktiv əməliyyatlarına hazırlaşır.

“Mən xüsusi xidmət orqanlarımız qarşısında müvafiq vəzifələr qoymuşam”, – deyə Zelenski vurğulayıb.

Gununsesi.info