Putin neftçalalı generalı rəis TƏYİN ETDİ

  • By admin
  • 16 İyun 2021 08:58

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskva Dövlət Yol Polisi İdarəsinin rəis müavini general-mayor Aleksandr Bıkov sözügedən qurumun rəisi vəzifəsinə təyin edilib.

Gununsesi.info xəbər verir ki, Aleksandr Bıkov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən Səməd Vurğun adına 2 saylı orta rusdilli məktəbdə alıb. Sonradan Rusiyaya köçüb.

Aleksandr Bıkovun 42 yaşı var.

Gununsesi.info