Putin onlarla görüşmək niyyətində deyil

Böyük biznes nümayəndələri ilə söhbət hələ Rusiya prezidenti Vladimir Putinin cədvəlində deyil.

Gununsesi.info  xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, prezidentin cədvəlində hələ belə bir görüş yoxdur”, – Kreml sözçüsü deyib.

Onun sözlərinə görə, neft sənayesinin nümayəndələri də prezidentlə görüş tələb etməyiblər.

Bundan əvvəl G7 ölkələri və Avstraliya dekabrın 5-dən dəniz yolu ilə tədarük edilən Rusiya neftinin maksimal qiymətinin 60 dollar/barel səviyyəsində tətbiqi barədə razılığa gəliblər. Həmin gündən etibarən Aİ Rusiya Federasiyasından dəniz yolu ilə nəql edilən nefti qəbul etməyi dayandırdı, həmçinin Avstraliya və G7 ilə birlikdə razılaşdırılmış səviyyədə dəniz daşınması üçün qiymət limiti tətbiq etdi.

Kreml bu addıma cavab verəcəyini vəd edib. “Vedomosti” mənbələrinin məlumatına görə, Rusiya hakimiyyəti üç cavab variantını nəzərdən keçirir. Birincisi, neftin, məhdudiyyəti dəstəkləyən ölkələrə, o cümlədən vasitəçilər vasitəsilə satışına tam qadağa qoyulmasıdır. İkincisi, nefti hansı dövlətin idxal etməsindən asılı olmayaraq, qiymət tavanı şərtini özündə əks etdirən müqavilələr üzrə ixracın qadağan edilməsidir. Üçüncü variant, sözdə indikativ qiymətin tətbiqi: “Urals” neftinin “Brent”ə qarşı maksimum endiriminin müəyyən edilməsidir.

Gununsesi.info