Putin öz maaşını azaltdı

  • By admin
  • 19 Oktyabr 2017 16:36

Putin

Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın müddətini daha bir il uzadıb.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, qanuna uyğun olaraq, dövlət başçısının, baş nazirin, onun müavinlərinin və nazirlərin, eləcə də baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin əmək haqqı 10% azaldılıb.

Sənədə əsasən, yüksək vəzifəli rəsmilərin əmək haqlarının azaldılması barədə sərəncamın qüvvədə olma müddəti 2018-ci il dekabrın 31-dək uzadılıb.

Eyni zamanda Prezident Administrasiyası, Hesablama Palatası və hökumət aparatının bir sıra əməkdaşlarının məmur maaşlarının 10% azaldılması barədə normanın qüvvədə olma müddəti artırılıb.

Gununsesi.info