Putin özünün seçkilərdə iştirakı barədə danışmağın hələ tez olduğunu düşünür…

  • Müəllif: admin
  • 31 May 2017 07:56

putin-petya

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə seçki kampaniyasının ölkə konstitusiyasına tam uyğun şəkildə keçirilməsini təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu V. Putin “Figaro” nəşrinə müsahibəsində bildirib.

Putin, özünün seçkilərdə iştirakı barədə danışmağın hələ tez olduğunu qeyd edib: “Namizədlərə gəlincə, bu barədə danışmaq hələ tezdir”.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə seçkiqabağı kampaniyasının aparılmadığını bildirib.

Gununsesi.info