Putin Paşinyanla görüşdü – Yeniləndi

  • By admin
  • 13 İyun 2018 20:13


Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Moskvaya gəlib.

Gununsesi.info xəbər verir ki, Paşinyanı hava limanında Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan və Rusiya XİN dövlət protokol xidmətinin rəhbəri İqor Boqdaşev qarşılayıb.

Hava limanında Paşinyan həmçinin Dünya Çempionatının rəsmi simvolu “Zabivaka” ilə də görüşüb.

Xatırladaq ki, Moskvada Paşinyanın Vladimir Putinlə görüşü də nəzərdə tutulub.

***

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.

Gununsesi.info