Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 3-də İranın mərhum dini lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana gedəcək.
Gununsesi.info xəbər verir ki, Paşinyan bunu iyulun 2-də hökumətdə keçirilən brifinqdə bildirib.
“Mən sabah Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana yola düşəcəyəm. İran rəhbərliyi ilə görüşlərim olacaq” – Paşinyan qeyd edib.
Qeyd edək ki, Əli Xameneinin vida mərasimi 4-9 iyul tarixlərində keçiriləcək.
Xamenei ABŞ-İsrail hücumlarının ilk günündə, 28 fevralda öldürülüb. Ölümündən sonra oğlu Mücatəba İranın yeni ali lideri olub.











