Putin Qazaxıstana getdi

  • By admin
  • 08 İyun 2017 17:46

putin_astanaya_getdi

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfər edib.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, o, Astana şəhərində baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək.

Bununla yanaşı Putin Çin Xalq Respublikasının rəhbəri Si Szinpin ilə görüşəcək.

Qeyd edək ki, Putinin köməkçisi Yuri Uşakov dünən təşkilatın iclasının gündəliyini açıqlanmışdı. Məlumatlara görə, iclasda terrorçuluqla mübarizə, Yaxın Şərqdə və Əfqanıstandakı vəziyyət, eləcə də İranın ŞƏT-ə daxil olması məsələləri müzakirə olunacaq. İclasın sonunda 11 sənədin imzalanması gözlənilir.

Gununsesi.info