Putin  Sarkisyanla görüşüb

  • By admin
  • 20 İyun 2016 17:00

putin

 

HTML tutorial

Sankt-Peterburqda Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq.

“İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun”, – deyə o vurğlayıb.

Sarkisyan təəssüflə qeyd edib ki, bu cür münaqişələr bir tərəfin arzusu ilə həll olunmur. “Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı”.

Öz növbəsində Putin bütün bu məsələləri müzakirə etməyə razılıq verib.(APA)