Putin strateji vəzifələri müəyyən etdi

  • By admin
  • 03 Sentyabr 2017 20:10

5992e4da8395a_1putin tass
Rusiya Prezidenti Vladimir Putin ölkənin neft-qaz sənayesi işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, təbrik məktubunda Rusiya dövlətinin başçısı neft-qaz sənayesi qarşısında duran strateji vəzifələri müəyyən edib. Prezident V.Putin qeyd edib ki, bu sahədə innovasiya fəaliyyəti və elmi araşdırmalar genişləndirilməli, enerji daşıyıcılarının şaxələndirilməsi artırılmalıdır. Eyni zamanda, ekologiya və ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət yetirilməlidir.

Gununsesi.info