Türkiyə millisinin oyun vaxtı dəyişdirildi

  • By admin
  • 03 Sentyabr 2017 20:22

239af8bbb44b9e88cb63160e5a1de8f2
DÇ-2018-in seçmə mərhələsinin I qrupunda keçiriləcək Türkiyə – Xorvatiya matçının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna səbəb qonaqların bir öncəki turdan qalan matçının bir gün sonraya keçirilməsidir.

Kosovo ilə görüşü yağış səbəbindən ertəsi günə salınan xorvatların yetəri qədər istirahət edə bilməsi üçün FİFA sözü gedən görüşün vaxtını dəyişib.

Qeyd edək ki, 5 sentyabr tarixində keçirilməli olan görüş sentyabrın 6-sı baş tutacaq.

Gununsesi.info