Putin və Sarkisyan Dağlıq Qarabağ problemini müzakirə edəcəklər - SOÇİDƏ

  • By admin
  • 22 Avqust 2017 14:34

putin sarkisyan

Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan Dağlıq Qarabağ problemini müzakirə edəcəklər. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Serj Sarkisyan avqustun 23-də Rusiyaya qısamüddətli işçi səfərə yollanacaq.

Soçidə Rusiya prezidenti ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, tərəflər KTMT və Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatı çərçivəsində əməkdaşlıq, ikitərəfli, regional və beynləxalq məsələləri də müzakirə edəcəklər.

Gununsesi.info