İraq ordusu Telaferin mərkəzində İŞİD-ə qarşı hücuma keçdi - FOTO

  • By admin
  • 22 Avqust 2017 14:40

telafere-irelileyen-hesdi-sabi-isid-le-siddetli-qarsidurmalar-yasayir-5278

İraq ordusu türkmənlərin məskunlaşdığı yaşayış məntəqəsi olan Telaferin mərkəzinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İraq şiə ordusunun komandiri Hadi əl-Amiri bəyan edib.

Onun sözlərinə görə, artıq İŞİD terrorçuları Telaferin mərkəzindəki mövqelərini buraxaraq şəhəri tərk etməyə başlayıblar.

Telaferin azad olunması əməliyyatına avqustun 20-də İraqın baş naziri Haydar al-Abadinin əmri ilə başlayıb. Bundan öncə İraqın şiə ordusu Telaferin yaxınlığındakı strateji əhəmiyyətə malik Al-Muhlibiyyə rayonunu İŞİD terrorçularından azad ediblər.

Telaferin azad olunması əməliyyatı iki istiqamətdə həyata keçirilir.

Qeyd edək ki, Telafer İŞİD-in İraqla Suriya sərhəddində Mosuldan sonra ikinci ən böyük dayaq mənətəqsi hesab olunurdu.

11359

Gununsesi.info