Hakan Fidan həmkarı ilə danışdı - FOTO

  • Müəllif: Firuzə
  • 29 Avqust 2026 20:28

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə əmirliyin xarici siyasət idarəsinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlığın cari vəziyyətini və möhkəmləndirilməsi yollarını, eləcə də Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, son regional hadisələri müzakirə ediblər.

“Xüsusilə regionda gərginliyin azaldılmasına, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylər və birgə koordinasiya müzakirə olunub”, – məlumatda qeyd edilib.

Danışıq zamanı Al Tani Qətərin dəniz gəmiçiliyinin azadlığını təmin edən və regionda davamlı sülhə nail olmaq üçün hərtərəfli razılaşmaya yol açan nizamlanmaya nail olmağa yönəlmiş bütün diplomatik səyləri və təşəbbüsləri dəstəklədiyini təsdiqləyib.

Gununsesi.info