Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından bərpa edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.
Bildirilib ki, 12 oktyabr gecə saatlarında magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində fasilə yaranmışdı. Hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.











